Azad Rəhimov: Hafiz Məmmədov Lansı maliyyələşdirəcək durumda deyil
27 noyabr 2014 00:45
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Fransa mətbuatına açıqlamasında "Bakı"nın prezidenti Hafiz Məmmədovun "Lans"a sponsorluq edə biləcək durumda olmadığını bəyan edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Hafiz Məmmədov bundan sonra da "Lans"a ən azı azarkeş kimi dəstək olacaq. Amma indi o, bu komandanı maliyyələşdirəcək durumda deyil. İflas? Bu barədə elə də məlumatlı deyiləm. Amma bilirəm ki, indi vəziyyəti ağırdı".