Qarabağ Bakıya dönməyəcək
27 noyabr 2014 13:40
Qarabağ Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransa "Sent-Etyen"i ilə oyundan sonra Bakıya yox, birbaşa Qəbələyə yollanacaq. Azerisport.az xəbər verir ki, Ağdam klubu Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində qarşılaşacağı "Simurq"la oyuna məhz burada hazırlaşacaq.
Qeyd edək ki, həmin oyun noyabrın 30-da keçiriləcək. Qəbələdəki hazırlıq başa çatdıqdan sonra komanda oradan Zaqatalaya yollanacaq.
Qeyd edək ki, "Sent-Etyen" - "Qarabağ" matçı bu gün keçiriləcək.