Emil Balayevi Ayntraxta kim aparıb?
Almaniya mətbuatı "Neftçi"nin qapıçısı Emil Balayevin bu ölkənin "Ayntraxt" klubuna baxışa getməsi ilə bağlı yazı dərc edib. Azerisport.az xəbər verir ki, almanlar 20 yaşlı qapıçımızın əvvəllər millimizdə çalışmış Volfqanq Rolf və Uli Ştaynın sayəsində baxışa çağırıldığını yazıblar.
Məlumatda o da qeyd olunur ki, Frankfurt təmsilçisinin qapıçı baxımından komplektləşmiş heyəti olsa da, son dövrlər problemlə üzləşib. Belə ki, əsas qapıçı Kevin Trapp zədə səbəbindən komandasına kömək edə bilmir. Onu əvəzləmək üçün 35 yaşlı Timo Hildebrand dəvət olunsa da, müqaviləsinin müddəti mövsümün sonunda bitəcək. Üçüncü qapıçı isə Feliks Vidvalddı.
"Ayntraxt"ın qapıçılarla işləyən məşqçisi Mikael Kraft Emillə bağlı açıqlamasında bunları söyləyib: "Balayev 2-3 həftə burada qalacaq. Onun gəlişi Uli Ştayn və Volfqanq Rolf sayəsində gerçəkləşib".