Əfran İsmayılov: Qarabağ qrupdan çıxmasa da, problem olmayacaq
27 noyabr 2014 18:00
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Əfran İsmayılov "Qarabağ"ın Avropa Liqasındakı şanslarını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ" Azərbaycanı Avropada layiqincə təmsil edən yeganə komandadı. Onlara inanırıq. Bilirəm ki, uşaqlar yaxşı nəticə qazanmaq üçün əllərindən gələni edəcəklər. Komandamız səfərdə həmişə yaxşı oynayır. Buna görə də onların yaxşı nəticə qazanacağına inanırıq. Hətta "Qarabağ" qrupdan çıxmasa da belə, bu, problem sayılmayacaq. Reynaldo olmasa da, onu əvəzləyəcək futbolçuları var. Əminəm ki, Qurban Qurbanov vəziyyətdən çıxış yolu tapacaq".