Elvin Yunuszadə: Türkiyə klubuna keçmək məsələsi qapanmayıb
17 dekabr 2014 00:05
"Neftçi"nin müdafiəçisi Elvin Yunuszadə Türkiyənin "Akhisar Bələdiyyəspor" klubuna keçidinin hələ də gündəmdə olduğunu bəyan edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Akhisar Bələdiyyəspor"a keçmək məsələsi hələ qapanmayıb. Hər şeyə qışda aydınlıq gələcək. Hazırda "Neftçi"yə məxsusam. Bu komandadan ayrılsam, yalnız əcnəbi kluba keçəcəyəm. Başqa klublara da keçmək variantı var. Amma indi onlar barədə danışmaq istəməzdim. Öncədən deməyi xoşlamıram. Əvvəl də belə bir transfer məsələsi var idi, müqavilə bağlamağa da getdim, klub prezidentinin dəyişməsi səbəbindən baş tutmadı".