AZAL Bakını 3 qolla məğlub etdi
Bu gün Topaz Premyer Liqasında 17-ci tura start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
Turun açılış matçı Bakıda reallaşıb. Paytaxtın eyniadlı komandası öz meydanında AZAL-ı qəbul edib. Kostadinovun dublu və Klavanın bir qolu sayəsində qonaqlar bu görüşdən inamlı qələbə ilə ayrılıblar. Novruzovun son dəqiqələrdə vurduğu qol isə təsəllidən başqa heç nəyə yaramayıb.
Topaz Premyer Liqası
17-ci tur
17 dekabr
“Bakı” - AZAL 1:3 (0:2)
Qollar: T.Kostadinov, 42 (0:1). T.Kostadinov, 45 (0:2). O.Klava, 62 (0:3). N.Novruzov, 89 (1:3).
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, İsgəndər Əliyev, Vüsal Əliyev.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
"Bakı": 1. Aqil Məmmədov, 19. Eltun Hüseynov, 21. Elşad Manafov, 5. Georgios Pelagias, 6. Vüqar Bəybalayev, 30. Cəmşid Məhərrəmov, 56. Qeyrət Əliyev, 7. Nuran Qurbanov, 85. Jaba (k), 10. Nurlan Novruzov, 11. Tural Qürbətov.
Ehtiyat oyunçular: 25. Elməddin Məmmədov, 20. Valeh Seyidov, 45. Mahir Mədətov, 4. Ülvi Süleymanov, 37. Mikayıl Rəhimov, 15. Azad Kərimov, 18. Əziz Quliyev.
Baş məşqçi: İbrahim Uzunca.
AZAL: 85. Kamal Bayramov, 15. Oskar Klava, 18. Orxan Lalayev, 21. Novruz Məmmədov, 3. Xuan Fransisko, 30. Seymur Əsədov, 6. Eduardo Makiel, 17. Viktor İqbekoyi, 10. Tomi Kostadinov, 27. Rəşad Abdullayev (k), 20. Freddi Mombonqo.
Ehtiyat oyunçular: 16. Stanislav Namaşko, 4. Laşa Kasradze, 5. Kərim Diniyev, 7. Təmkin Xəlilzadə, 9. Aydın Qasımov, 22. Eltun Yaqublu, 23. Tural Nərimanov.
Baş məşqçi: Tərlan Əhmədov.
Turun digər oyunları sabah keçiriləcək: 15:00. “Sumqayıt” - “Qəbələ”, 17:00. “Xəzər Lənkəran” - “Qarabağ”, 17:00. “İnter” - “Neftçi”.
1 | Qarabağ | 14 | 8 | 4 | 2 | 24-15 | 28 |
2 | Neftçi | 14 | 7 | 5 | 2 | 18-10 | 26 |
3 | İnter | 14 | 6 | 7 | 1 | 23-5 | 25 |
4 | Xəzər Lənkəran | 14 | 5 | 4 | 5 | 19-16 | 19 |
5 | Simurq | 15 | 5 | 3 | 7 | 20-20 | 18 |
6 | Qəbələ | 14 | 4 | 5 | 5 | 17-22 | 17 |
7 | AZAL | 14 | 4 | 4 | 6 | 17-24 | 16 |
8 | Sumqayıt | 14 | 4 | 2 | 8 | 18-24 | 14 |
9 | Bakı | 15 | 2 | 4 | 9 | 11-31 | 10 |
10 | Araz Naxçıvan | 0 | 0 | 0 | 0 | 0-0 | 0 |
Bombardirlər:
8 - Mikel Alvaro (“İnter”)
7 - Nurlan Novruzov ("Bakı").
6 - Məhəmməd Qurbanov (“Sumqayıt”), Draqan Çeran ("Simurq").