"Emil Balayevin gəlişi hələ Timo Hildebrandın gedəcəyi anlamına gəlmir"
17 dekabr 2014 11:30
Almaniyanın "Ayntraxt" (Frankfurt) klubunun baş məşqçisi Tomas Şaaf bəyan edib ki, azərbaycanlı qapıçı Emil Balayevi transfer etmələri hələ təcrübəli qolkiper Timo Hildebrandın klubdan dəqiq gedəcəyinə işarə sayılmamalıdır. Azerisport.az xəbər verir ki, o, bu məsələyə münasibət bildirərkən, aşağıdakıları dilə gətirib:
"Timoya ABŞ-dan təkliflər var. Bəzi MLS klubları onu heyətində görmək istəyir. Amma bizim Balayevi almağımız hələ Timonun dəqiq gedəcəyi anlamına gəlmir".
Qeyd edək ki, Hildebranddan əlavə, Şaafın sərəncamında daha iki qapıçı var. Bunlar Kevin Trapp və Feliks Vidvalddır. Trapp komandanın əsas qapıçısı olsa da, son dövrlər zədədən əziyyət çəkdiyi bildirilir.