Yığmamızın sabiq məşqçisi Bundesliqa klubunu çalışdıra bilər
19 dekabr 2014 17:10
Azərbaycan millisinin sabiq məşqçisi Olaf Yansen Almaniyanın ikinci Bundesliqasında çıxış edən "Viktoriya" klubunu çalışdıra bilər. Azerisport.az xəbər verir ki, sözügedən mütəxəssis hazırda Köln təmsilçisinin baş məşqçi postuna əsas namizədlərdən hesab olunur.
Xatırladaq ki, Yansen 2008-2013-cü illər aralığında Azərbaycan yığmasında baş məşqçi Berti Foqtsun köməkçisi kimi çalışıb. Ondan sonra isə Olaf Drezden "Dinamo"sunu çalışdırıb.