Robert Prosineçkinin bütün köməkçiləri müəyyənləşdi
19 dekabr 2014 17:50
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin yerli və əcnəbi köməkçiləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssisə millimizdə adları aşağıda göstərilmiş məşqçilər kömək edəcəklər:
Mahmud Qurbanov – baş məşqçinin köməkçisi
Elxan Abdullayev – baş məşqçinin köməkçisi
Faiq Əzizov – qapıçılar üzrə məşqçi
Draqan Spasiç – baş məşqçinin köməkçisi
Qordan Tsipriç – baş məşqçinin köməkçisi
Yanko Yankoviç – oyunların analizi üzrə məşqçi