Xəzər Lənkəranın sabiq baş məşqçisi Qazaxıstan yığmasında
20 dekabr 2014 12:30
"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Karles Bakes özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, ispaniyalı mütəxəssis bundan sonra Qazaxıstanın U-17 yığmasını çalışdıracaq.
Xatırladaq ki, Bakes 2012/13 mövsümündə "Xəzər Lənkəran"ın sükanı arxasında çalışıb. Ondan sonra isə İspaniyanın U-17 millisinə rəhbərlik edirdi.