Qriqorçukun Qəbələyə gətirmək istədiyi oyunçular müəyyənləşdi
20 dekabr 2014 12:45
"Qəbələ"nin yeni baş məşqçisi Roman Qriqorçuk Ukraynanın "Çernomorets" klubunda rəhbərliyi altında oynamış bir neçə futbolçusunu Azərbaycana gətirmək istəyir. Azerisport.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumata görə, Qriqorçukun gətirmək istədiyi oyunçular qapıçı Dmitri Bezotosnı, yarımmüdafiəçilər Kiril Kovalçuk, İvan Bobko və müdafiəçi Yevgeni Zubeykodur.