Vaqif 10, Ufuk 90 dəqiqə oynadı
20 dekabr 2014 19:00
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 14-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvləri - Ufuk Budak, Rəhman Hacıyev və Vaqif Cavadovun şərəfini qoruduğu "Qaziantep BB" də növbəti matçına çıxıb.
Sözügedən komanda öz meydanında "Altınordu" ilə qarşılaşıb. Görüş futbolçularımızın klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Rəhmanın adı yenə də matçın iştirak ərizəsinə düşməyib. Cavadov meydana 80-ci dəqiqədə daxil olub. Budak isə 90 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, "Qaziantep BB" hazırda 18 xalla 9-cu yerdə gedir.