Kapitan üçün əlamətdar oyun
20 dekabr 2014 20:30
Azərbaycan milli komandasının və “Qarabağ” klubunun kapitanı Rəşad Sadıqov yubiley oyununu keçirib. Azerisport.az xəbər verir ki, 32 yaşlı müdafiəçi ölkə çempionatında 250-ci matçına çıxıb.
Bu əlamətdar hadisə Topaz Premyer Liqasının 17-ci turuna təsadüf edib. “Xəzər Lənkəran”la səfər oyunu Rəşad üçün 250-ci olub. 2000/01 mövsümündə debüt edən müdafiəçi 3 klubda keçirdiyi 14 mövsümdə 250 matça 14 qol vurub.
Qeyd edək ki, Sadıqov Azərbaycan çempionatlarında 250 və daha çox oyun keçirən 42-ci futbolçudur. (PFL)