Mahir Şükürov komandasının qələbəsini izlədi
21 dekabr 2014 19:20
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 14-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Şükürovun komandası - "Karşıyaka" da növbəti matçına çıxıb.
Sözügedən komanda öz meydanında "Alanyaspor"la qarşılaşıb. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb. Mahir qarşılaşmanın sonunadək ehtiyat oyunçular skamyasında əyləşib.
Qeyd edək ki, "Karşıyaka" hazırda 21 xalla 7-ci yerdə gedir.