Ropotan: Dorinel Muntyanu ilə yox, Qəbələ ilə müqavilə imzalamışdım
22 dekabr 2014 00:25
"Qəbələ"nin rumıniyalı futbolçusu Adrian Ropotan sabiq baş məşqçi Dorinel Muntyanunun gedişindən sonra həmyerlisi kimi, klubdan ayrılacağı barədə yayılan xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mənim üçün baş məşqçinin kim olmasının ciddi fərqi yoxdur. Çünki hansısa komandada oynayanda baş məşqçi ilə yox, klubumla müqavilə imzalayıram. Əgər komandaya lazım olmadığımı görsəm, gedəcəm. Qalacağım təqdirdə isə, komandam üçün əlimdən gələni edəcəyəm.
"Qəbələ"nin son üç turda xal itirməsinin baş məşqçi amili ilə əlaqəsi yoxdur. Komandaya kimin rəhbərlik etməsindən asılı olmayaraq, futbolçular meydana qələbə qazanmaq üçün çıxırlar. Biz elə əvvəlki turlarda olduğu kimi oynayırdıq".