Qriqorçukun Qəbələdəki qazancı bəlli oldu
22 dekabr 2014 11:25
"Qəbələ"nin yeni baş məşqçisi Roman Qriqorçuk ötən gün təşkil olunan mətbuat konfransında bölgə klubunda nə qədər qazanacağını açıqlamaqdan imtina etmişdi. Azerisport.az xəbər verir ki, ukraynalı mütəxəssis ilinə 400 min dollardan çox qazanc əldə edəcək.
Ukrayna mətbuatının yazdığına görə, bu, sözügedən ölkədən olan mütəxəssislər arasında dördüncü göstəricidir. Ukraynalı məşqçilər arasında ən çox qazanan isə "Dnepr"i çalışdıran Miron Markeviçdir - ilinə 1,5 milyon dollar.