Prosineçki Türkiyədə 15 gün keçirəcək
22 dekabr 2014 15:30
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Premyer Liqa klublarımızın qış hazırlıq prosesini yaxından izləməyi planlaşdırır. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis elita təmsilçilərinin Türkiyədəki toplanışlarını da izləyəcək.
Bunun üçün o, yanvarın 9-dan 24-dək qardaş ölkədə olacaq.
Qeyd edək ki, klublarımızın toplanışını AFFA klublar komitəsinin üzvləri də izləyəcəklər. Onların səfəri isə 14-24 yanvar tarixləri aralığında baş tutacaq.