Çernomoretsdən Qəbələyə keçə biləcək 7 futbolçu
23 dekabr 2014 00:10
Roman Qriqorçukun "Qəbələ"yə keçidindən sonra Ukraynanın "Çernomorets" klubunun bütün məşqçilərinin istefa verdiyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, Odessa təmsilçisinin əksər futbolçularının da klubu tərk etməsi gözlənilir.
Xüsusilə, Dmitri Bezotosnı, Yevgeni Opanasenko, Yevgeni Zubeyko, Kiril Kovalçuk, Vladimir Arjanov, Aleksey Qay və İvan Bobkonun komandadan getmək ehtimalı daha yüksək qiymətləndirilir. Ukraynalı həmkarlarımızın fikrincə, onların Qriqorçukla birgə "Qəbələ"də peyda olması istisna deyil.
Maraq üçün xatırladaq ki, Qriqorçuk özü də bir neçə açıqlamasında "Çernomorets"dəki futbolçularından bir neçəsini "Qəbələ"də görməyi arzuladığını etiraf etmişdi.