Millimizin üzvü Qaziantep BB ilə yollarını ayırdı
23 dekabr 2014 00:35
Azərbaycanlı futbolçu Rəhman Hacıyev Türkiyənin “Qaziantep BB” klubu ilə yollarını ayırıb. Azerisport.az хəbər verir ki, bu barədə klubun baş məşqçisi Hakan Kutlu qardaş ölkə mətbuatına açıqlamasında məlumat verib.
O, Rəhmanla müqaviləni qarşılıqlı razılıq əsasında pozduqlarını bəyan edib. Məşqçinin gözlərinə görə, onlar mövsümün qalan hissəsi üçün daha güclü heyət qurmağı planlaşdırırlar. Bu üzdən də 21 yaşlı futbolçumuzu yeni heyətdə görmək istəmirlər.
Maraq üçün xatırladaq ki, Hacıyev Türkiyə klubuna bu yay keçmişdi. Onunla yanaşı bu komandada Vaqif Cavadov və Ufuk Budak da çıxış edirdi.