Prosineçki Subaşiçi milli komandamıza qaytarır
23 yanvar 2015 15:00
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Branimir Subaşiçi yenidən millimizə qaytarmaq istəyir. Azerisport.az xəbər verir ki, yığmamızın məşqçilər korpusu milliləşdirilmiş legioner futbolçunun Türkiyənin "Manisaspor" klubundakı işləri ilə maraqlanıb.
İstisna deyil ki, Subaşiç fevral toplanışı zamanı yığmamızın düşərgəsinə dəvət olunsun.
Qeyd edək ki, 32 yaşlı futbolçu bu mövsüm Manisa klubunda üç qola imza atıb.