Qarabağ Levskiyə böyük hesabla uduzdu
24 yanvar 2015 21:20
Türkiyədə təlim-məşq toplanışında olan "Qarabağ" bu gün qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində növbəti yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, Qurban Qurbanovun komandası Bolqarıstanın "Levski" klubu ilə münasibətlərinə aydınlıq gətirib.
Qarşılaşma ağdamlıların böyük hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, ağdamlılar bundan öncə Xorvatiyanın "Split" (1:3) və İsveçrənin "Sürix" (1:1) komandaları ilə qarşılaşmışdı.
Yoxlama oyunu
24 yanvar
Qarabağ - Levski - 0:3 (0:1)
Riçard Almeyda matçın 5-ci dəqiqəsində penaltidən yararlana bilməyib
"Qarabağ": İbrahim Şehiç, Bədavi Hüseynov, Rəşad Sadıqov, Ansi Aqolli, Maksim Medvedev, Qara Qarayev, Riçard Almeyda, Namiq Ələsgərov, Leroy Corc, Muarem Muarem, Vüqar Nadirov.