İmamverdiyevli Elazığspor uduzdu
26 yanvar 2015 00:00
Türkiyə PTT 1-ci liqasında 17-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Cavid İmamverdiyevin komandası - "Elazığspor" da növbəti matçına çıxıb.
Futbolçumuzun komandası səfərdə "Antalyaspor"la qarşılaşıb. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb. Start heyətdə meydana çıxan İmamverdiyev 58-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Elazığspor" hazırda 23 xalla 10-cu pillədə qərarlaşıb.