Vaqif Cavadov: Orduspora qarşı oynamağa hazır olmadığımı özüm dedim
26 yanvar 2015 13:00
Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov Türkiyə PTT 1-ci Liqasının 17-ci turunda "Boluspor"un "Orduspor"a qarşı oyununda (3:1) iştirak etməməsinin səbəbini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu matçın iştirak ərizəsində yer ala bilməzdim. Çünki beş gün idi məşq etmirdim. Özüm dedim ki, hazır deyiləm və bu oyunu buraxmalıyam. Tam hazır olmağım üçün mənə bir neçə gün lazımdır. Növbəti oyuna hazır olacağam".