Qəbələ Dodoya qovuşa bilmir
26 yanvar 2015 13:30
"Qəbələ"nin braziliyalı yarımmüdafiəçisi Dodo hələ də komandasının düşərgəsinə qayıtmayıb. Azerisport.az xəbər verir ki, o, yanvarın ortasında pasportunu dəyişmək məqsədi ilə vətəninə gedib.
Lakin o, hələ də bu problemi yoluna qoya bilməyib. Artıq 10 gündür ki, təcrübəli futbolçu komandasından ayrı düşüb.
Türkiyədə təlim-məşq toplanışında olan "Qəbələ"nin düşərgəsində də Dodonun komandaya nə vaxt dönəcəyini bilən yoxdur.