Atletiko Amit Quluzadəsiz 1 xal qazandı
26 yanvar 2015 14:30
Portuqaliyanın ikinci liqasında 24-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası - "Atletiko" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Freamunde" ilə qarşılaşıb. Oyun 1:1 hesabıyla başa çatıb. Amit bu qarşılaşmanın iştirakçısı olmayıb.
Qeyd edək ki, "Atletiko" hazırda 27 xalla 19-cu pillədə qərarlaşıb.