Dmitri Nazarovlu Karlsrue Bundesliqa klubuna uduzdu
26 yanvar 2015 15:00
Almaniyanın “Karlsrue” klubu növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Dmitri Nazarovun şərəfini qoruduğu komanda əsas Bundesliqa təmsilçisi “Volfsburq”la qarşılaşıb.
Oyun “Volfsburq”un 2:1 hesablı qələbəsi ilə başa çatıb. Nazarov meydana 46-cı dəqiqədə çıxıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, “Karlsrue” Almaniyanın 2-ci Bundesliqasında çıxış edir və hazırda 33 xalla 2-ci pillədədir.