Dodo Qəbələyə dönəcəyi tarixi açıqladı
26 yanvar 2015 17:15
"Qəbələ"nin yarımmüdafiəçidi Dodo üzləşdiyi pasport problemindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Problem demək olar ki, həll olunub. Yanvarın 30-da mənim yeni pasportum olacaq. Pasportumu alan kimi, Qəbələyə qayıdacağam. Toplanışın bir hissəsini buraxmalı oldum. Amma mənim artıq çəki və ya fiziki hazırlıqla bağlı problemim yoxdur. Bir həftə intensiv məşq etdikdən sonra çempionata hazır olacağam".