AZAL Neftçi ilə oyunun hazırlıqlarına başladı
26 yanvar 2015 19:15
Qış toplanışını Bakıda keçirən AZAL dünənki istirahətdən sonra yenidən bir araya gəlib. Azerisport.az xəbər verir ki, "təyyarəçilər" bu gündən sırf Topaz Premyer Liqasının XIX turunda qarşılaşacağı “Neftçi” ilə oyunun hazırlıqlarına start verilib.
Bütün futbolçuların qatıldığı məşqin əvvəli fiziki hazırlığın artırılmasına yönəlik olub. Hazırlığın sonunda isə futbolçular müxtəlif oyun komponentləri üzərində çalışıb.
Qeyd edək ki, AZAL - “Neftçi” oyunu yanvarın 31-də baş tutacaq və “AZAL Arena”da baş tutacaq.