Rüfət Dadaşov sıraya dönür
26 yanvar 2015 19:30
Azərbaycan yığmasının və Almaniyanın "Saarbryükken" klubunun hücumçusu Rüfət Dadaşov sıraya dönür. Azerisport.az xəbər verir ki, xeyli müddət idi zədədən əziyyət çəkən millimizin üzvü tezliklə komanda ilə məşqlərə başlayacaq.
Qeyd edək ki, Dadaşov ötən ilin sonunda zədə almışdı. Bu üzdən də o, "Saarbryükken"in hazırlıq prosesini də buraxmalı olmuşdu.