Fotoreportaj|Video|На русском

Futbol

Kamal Quliyev: Millimizin bu tsikldə kiməsə badalaq vuracağına əminəm

28 yanvar 2015 12:15

"Neftçala"nın baş məşqçisi Kamal Quliyevin azerisport.az saytına müsahibəsi

- Sizcə, Robert Prosineçki millimizdəki işinə Berti Foqtsdan daha ciddi yanaşır?
- Berti Foqtsun dövründəki altı il bizim üçün ikti oldu. O, plansız, proqramsız gəlmişdi. Əgər yığmaya məşqçi təyin olunursa, onun uşaq futbolundan tutmuş əsas komandaya qədər sistemi olmalıdır. Qus Hiddink Rusiya yığmasına baş məşqçi təyin olunanda aşağı yaş qruplarından ibarət komandalar da hollandlara tapşırıldı. Bu, plandır, layihədir. Foqtsun dövründə belə bir şey görmədik. İlin 12 ayının yarısını Almaniyada, yarısını burda keçirdi. Daha dəqiqi səfərlərdə. Klubları, gənclərdən ibarət komandaları izləmirdi. Amma Prosineçki bunu edir. Allah eləsin ki, bunun yığmaya faydası olsun. Böyük səylə çalışmağa başlayıb, klubların toplanışlarını izlədi, oyunlara baxırdı, məşqçilərlə, oyunçularla görüşür, fikir mübadiləsi aparır. Uşaq futbolu ilə də maraqlanır. Ən əsası da bəyan edib ki, ailəsi ilə birgə Bakıda yaşayacaq, uşaqları da burada təhsil alacaq.

- Bu tsikldə yığmamızın möcüzəyə imza atmasına inam yoxdur. Buna rəğmən, xorvatdan nəsə gözləməyə dəyər?
- Bu seçmə mərhələdən nəsə gözləməyə dəyməz. Amma bu tsikl yığmamıza çox şey verə bilər. Məsələn, Prosineçki heç nədən çəkinmədən komandada eksperimentlər apara bilər. Ona növbəti tsikl üçün komanda formalaşdırmaq lazımdır.

- Prosineçki Xorvatiya ilə ikinci oyunun tam fərqli olacağını deyib...
- O, özü də xorvatdır və ölkəsinin futbolunu yaxşı bilir. Biz onsuz da hər tsikldə bir komandaya badalaq vururuq. Əminəm ki, bu dəfə də bacaracağıq.

- Sizcə, yaxşı komanda yaratmaq üçün indidən gənclərə üstünlük verməlidir, yoxsa gənclərlə təcrübəlilərin sintezini təşkil etmək lazımdır?
- Perspektivli gənclər yığmaya lazımdır. Amma onların yanında 3-4 təcrübəli futbolçu da olmalıdır. Hərdən elə olur ki, meydanda nəyisə sürət və güc yox, təcrübə həll edir. Meydanda ağsaqqallar da olmalıdır.

- Millinin indiki kapitanı Rəşad Sadıqovu gələcəkdə kim əvəz edə bilər?
- Komandanın kapitanı qalan bütün futbolçular üçün böyük qardaş kimi olmalıdır. Hər kəs ona hörmət etməlidir. Ən əsası da liderlik keyfiyyətləri olmalıdır. Fikrimcə, Rəşaddan sonra kapitanlıq sarğısını Kamran Ağayevə versələr, daha yaxşı olar.

- "Qarabağ"ın Türkiyə toplanışındakı yoxlama oyunlarında uğursuz çıxışını necə qiymətləndirə bilərsiniz?
- "Qarabağ" hazırda Azərbaycanın ən yaxşı klubudur. Yoxlama oyunlarındakı nəticələrə də çox önəm vermək lazım deyil. Futbolçular meydana yorğun çıxa bilər, çünki toplanışdadırlar. Bu da normaldır. Əsas komandanın sərgilədiyi oyundur. Səviyyəni saxlamaq lazımdır. Həm də unutmayaq ki, rəsmi oyunlarla yoxlama görüşləri tamamilə fərqli olur.

- Premyer Liqada qış çempionu "Qarabağ", birinci divizionda isə "Neftçala" oldu. Bu komandalar mövsümü də ilk pillədə başa vura biləcək?
- Ağdamlılar hazırda dorudan da çox yaxşı futbol sərgiləyirlər. Digər klublarımız da çempion olmağa çalışırlar. Belə oynamağa davam etsələr, onların yenidən çempion olması mümkündür. "Neftçala"ya gəlincə, tezliklə ikinci dövrəyə start verəcəyik. Hədəfimiz liderliyi qorumaqdır. Buna nail olacaq gücdəyik. Ümid edirəm ki, ikinci dövrə birinci dövrədən daha yaxşı alınacaq.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah