Futbolçumuz oynamadı, klubu məğlub oldu
28 yanvar 2015 12:30
Türkiyə Kubokunda qrup mərhələsinin 5-ci turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Mehdiyevin komandası - "Girəsunspor" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Konyaspor"la qarşılaşıb. Görüş futbolçumuzun komandasının məğlubiyyəti ilə bitib - 0:2. Mehdiyevin adı matçın iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, "Girəsunspor" hazırda 5 xalla qrup sonuncusudur.