Çernomorets Neftçala ilə yoxlama oyunu keçirəcək
28 yanvar 2015 14:00
Ukraynanın "Çernomorets" klubu Türkiyəyə təlim-məşq toplanışına yollanıb. Azerisport.az xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun sabiq komandası toplanış çərçivəsində Azərbaycanın 1-ci divizion klubu "Neftçala" ilə yoxlama oyunu keçirəcək.
Həmin matçın dəqiq vaxtı açıqlanmasa da, "Çernomorets"in toplanışının fevralın 7-dək davam edəcəyi bildirilir.
Qeyd edək ki, "Neftçala" Bakıda toplanış keçir.