Kamran Ağayev sabah Qəbələni tərk edə bilər
28 yanvar 2015 16:30
Azərbaycan yığmasının və "Qəbələ"nin qapıçısı Kamran Ağayev karyerasını Türkiyədə davam etdirə bilər. Azerisport.az xəbər verir ki, ona qardaş ölkədən bir neçə təklif var.
Amma o, öncə indiki klubu ilə problemini yoluna qoymalıdı. Bu gün "Qəbələ" Türkiyədən qayıdacaq. Sabah isə Ağayevin klub rəhbərliyi ilə görüşü nəzərdə tutulub. Məhz bu görüşdən sonra Kamranın Türkiyə klubun keçidinə böyük ölçüdə aydınlıq gəlməsi gözlənilir.