Fotoreportaj|Video|На русском

Futbol

Təvəkkül Məmmədov: Aqil Məmmədov dedi ki, mənim adıma ləkə vurmusan

25 fevral 2015 16:45

"Sumqayıt"ın futbolçusu Təvəkkül Məmmədovun azerisport.az saytına müsahibəsi

- “Sumqyaıt”a qayıtmaqla hər şeyin düzələcəyini gözləyirdin?
- Bir-birimizi başa düşmədik və mən çıxdım getdim Krasnodara. Sonradan dedilər ki, gəl, hər şey yaxşı olacaq. Dedilər bir aylıq maaşını kəsəcəyik və əvəzedici komandada oynayacaqsan. Ailəm də məsləhət gördü ki, qayıdam. Gəldim və 3250 dollar maaşımı cəza kimi kəsdilər. İndi də təzə şey çıxarıblar ki, maaşın 1000 manat olacaq. Məndə AFFA və FİFA müqaviləsi var. Alacağım maaşın miqdarı da orada görünür. Mən bununla razı deyiləm. Deyirlər getmək istəyirsənsə, 25 min dolları stolun üstünə qoy, azad agent kimi get. Mən deyirəm yaxşı, qalıram. Deyirlər 1000 manaa oynayacaqsan. Necə haqqımı yeyə bilərlər ki?

- Səbəb kimi nə göstərirlər?
- Getməyimə görə cəza verəcəkdilər, verdilər, əvəzedici komandada məşq etdim. İndi də deyirlər ki, guya bu da əlavə cərimədir. Müqaviləmdə 3250 dollar yazılıb. Gələn il üçün isə 4250 dollara oynayacağam. Bunlar isə indi deyir, ilyarım 1000 manata oynayacaqsan.

- İndi nə edəcəksən?
- AFFA-ya şikayət yazmışam. Görək necə olur. Mən istəyirəm sənədlərimi versinlər. Qarşıdakı ayların pulunu istəmirəm, onların bir manatı da mənə lazım deyil. Sadəcə, futbol oynamağıma mane olmasınlar.

- AFFA-dan kiminlə görüşdün?
- Rəmiş Malıyevlə görüşdük. Nə lazım idi, yazdıq, verdik.

- Düzələcək?
- Dedilər bir aya düzələcək. Düzəlməsə, FİFA-ya şikayət yazacağıq.

- Klub prezidenti ilə görüşmüsünüz?
- Dörd gündür böyük qardaşım mənə görə narahatdır, gəlib Bakıya. Krasnodarda işlərini atıb gəlib mənə görə. Prezidentə 4 gündür zəng edir, cavab vermir. Menecerə verib telefonu. Ceyhun da gah deyir evini su basıb, gah başqa şey deyir. Axırda görüşdük və yekun söhbətimiz oldu. Axırıncı söhbət budur ki, 3250 dollar idi maaş, cərimələndim 1000 manat alacağam. Getmək də istəyirsənsə, 25 min dollar ver, get.

- Halbuki komandaya gəlməyində Kamran Quliyev əsas rol oynayıb. Hər gün zəng edib səni çağırırdı...
- Kamran qardaşıma da yazıb ki, gəlsin hər şey düzələcək. Mən də ona görə gəlmişəm.

- Onda çağıranda aldadıblar səni?
- Demişdilər ki, yaxşı olacaq hər şey. İndi başqa söz deyirlər. Mən əvəzedici komandada məşq edirdim. Kamran Quliyev pəncərədən baxırdı.

- Krasnodara getməyin oynamamağınla bağlı idi, yoxsa bu söz-söhbətə görə getdin?
- Oynamamağımın bununla bağlılığı yoxdur. Mən deməmişəm ki, zəng gəlib və kiməsə “prikaz” ediblər. Oyundan qabaq adminstrator məni çölə çağırdı ki, baş məşqçi çağırır. Çıxdım çölə, mənə Aqil Məmmədov dedi ki, sən oynamalıydın, Orxan oynayacaq. Mən də dedim problem yoxdur, lap yaxşı. Gəldim paltarımı dəyişdim. Sabah da jurnalistlərdən biri zəng etdi və dedi sən oynamalıydın, niyə oynamadın? Mən də dedim baş məşqçim var və özü bilər, şans versə, oynayaram, verməz oynamaram. Hörmət edirəm qərarına.

- Yəni əsas inciklik bundan oldu?
- Bu söhbətdən sonra Aqil Məmmədov mənə zəng vurdu ki, hardasan? Dedim stadionda məşq edirəm. Gəldi stadiona və dedi ki, sən mənim adıma ləkə vurmusan. Mən də dedim heç nə etməmişəm. Deyir mənim haqqımda demisən zəng gəlib səni oynatmamışam. Mən də dedim elə söz deməmişəm. Yazılan kimi deməmişəm. Ondan sonra çıxdım getdim buradan. Burada qalmağın yeri yox idi. Halbuki, mən Azərbaycana milli komandada oynamaq üçün gəlmişdim. “Sumqayıt”da oynayıb milliyə yüksəlmək istəyirdim. Amma hər şey başqa cür oldu.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah