Fotoreportaj|Video|На русском

Futbol

Kamran Quliyev: O, həm bizi, həm AFFA-nı, həm də Prosineçkini təhqir edib

26 fevral 2015 00:15

"Sumqayıt"ın prezidenti Kamran Quliyev klubla yarımmüdafiəçi Təvəkkül Məmmədov arasında yaranmış vəziyyətlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, öncə bunları söyləyib:

"Bir neçə ay öncə bu futbolçunu transfer edərkən onun haqqında məlumat topladıq. Bizimlə onun transfer məsələləri ilə bağlı qardaşı Nicat əlaqə saxladı. O, bildirdi ki, futbolçunun onu yetişdirmiş Krasnodar "Kuban"ı ilə müqaviləsi var. Biz onu almaq üçün kompensasiya ödəməliydik. Nəticədə 10 min dollar təzminat ödədik. Bizim hətta bunu sübut etmək üçün sənədimiz də var. O qədər də varlı olmayan bir klub üçün bu məbləğ çox böyükdür. Hətta onun özünün də dediyi kimi, kifayət qədər yüksək məbləğdə maaş müəyyənləşdirdik. Həmin pulu almasına da dair müvafiq sənədlər var. İlk gündən o, kifayət qədər təcrübə də topladı, meydana çıxırdı. Sonradan isə futbolçuda eniş başladı. Bunun nə ilə bağlı olduğunu bilmirəm. Baxmayaraq ki, bu, hər bir futbolçuda olur. Onun qardaşı isə bizə irad bildirməyə başladı ki, qardaşım niyə az oynayır. Bununla bağlı mənə də, baş məşqçiyə də zəng etmişdi. Fikrimcə, "Kuban" məktəbini keçən, gənclərdən ibarət yığmaya çağırılan futbolçu daha çox fayda verməliydi. Amma onun göstəricilərinə baxaq - 14 oyun, 752 dəqiqə və cəmi bir qol ötürməsi. Bunun aşağı göstərici olduğunu düşünürəm.

Nə baş verdi? Hər şey çox sürətlə inkişaf etdi. "İnter"lə oyunumuzda o, start heyətində yer almışdı. Növbəti oyunda isə onun əvəzində başqa futbolçunu sifariş etdik. Sonradan onun düşüncəsinə əsasən belə fikirlər yayılmağa başladı ki, guya federasiyadan zəng gəlib və həmin oyunu izləməyə gələn Robert Prosineçki Orxan Əliyevi iş başında görmək istədiyinə görə, biz də onu Orxanla əvəzləmişik. Hamı bilir ki, Orxanla Təvəkkül tamamilə fərqli mövqelərdə oynayırlar. Bunlar hamısı şayiədir. Orxan son aylarda çoxlu qol vurub, məhsuldar ötürmələr vermiş futbolçudur. Yəni faydası dəyib. Bütün bunların nəticəsi kimi də indi gənclərdən ibartət yığma ilə birgə Antalyadadır.

Fevralın 11-də keçirilmiş "Bakı" ilə oyunda Təvəkkül heyətə düşmür, məşqçilər heyətdə dəyişikliyə əl atıblar, hər şey normaldır. Fevralın 12-də isə mətbuatda müsahibəsi çıxır və tamamilə mümkündür ki, jurnalistin də təhriki ilə o, Orxan tərəfindən əvəzləndiyini təsdiqləyir. Təbii ki, o müsahibədən sonra baş məşqçi Aqil Məmmədov futbolçunu yanına çağırır və söhbət edir. Həmin söhbətdə mətbuat xidmətimizin rəhbəri də iştirak edib. Futbolçu öncə etiraf edib ki, həmin fikirlərin hamısını özü deyib və narazılığını bildirib. Bütün bu söhbətlərin yayılması nəticəsində klubun imicinə zərbə gəldiyini düşünərək mən də onu söhbətə çağırdım ki, nə məsələdir. O isə bildirdi ki, yazılanlar uydurmadır, jurnalist onun dediklərini tamamilə fərqli yazıb. Mən həm bunu, həm də sərgilədiyi oyundan narazılığımı problemi kimi ona dedim. Hətta statistikasını da göstərdim. Bildirdi ki, bu, futbol problemidir, onu həll edəcək. Gənc oyunçudur, 22 yaşı var. Hər şeyi müzakirə edib, görüşdük, ayrıldıq.

Bir gün sonra - fevralın 13-də o, məşqə gəlmədi və öyrəndik ki, ümumiyyətlə əşyalarını toplayaraq ölkəni tərk edib. Onunla hər cür əlaqə yaratmaq cəhdimiz faydasız qaldı. Yalnız axşam saatlarında qardaşı ilə əlaqə yarada bildim. Başa saldım ki, futbolçu səhv addım atıb. Qardaşı bildirdi ki, o, küsdüyünə görə düşərgəni tərk edib. Amma küsmək getməyə səbəb vermirdi. Çünki klubla müqaviləsi var. Qardaşı vəziyyəti düzəltməyin lazım gəldiyini bildirdi. Mən də ona nə etmək lazım olduğunu başa saldım, bildirdim ki, qardaşını da götürüb gəlsin, oturaq danışaq. Hətta buna görə onu cərimə edəcəyimizi də bildirdim ki, müqavilənin şərtlərinə əməl etməyib. İki gün keçdi, gəlmədi. Biz yenidən onunla əlaqə saxladıq. Bu dəfə isə bildirdi ki, qayıtmaq istəmir. Baxmayaraq ki, böyük qardaşının kifayət qədər yaşı var ki, hüquqi öhdəliklərin olduğunu başa düşsün. Biz də dedik ki, qayıtmaq istəmirsə, problem yoxdur, onu transferə çıxarırıq. 25 min dollar da qiymət qoyduq. Bu qiymət də havadan təyin olunmayıb. Xərcləri, onun klubumuzun imicinə vurduğu zərəri və s. hesablayıb, belə qənaətə gəlmişik. Şübhəsiz ki, bu, onları bir qədər qorxutdu və onlar bizimlə, şəxsən Ceyhun Sultanovla əlaqə saxladılar və bildirdilər ki, qayıdırıq, nə etmək lazımdır. Biz də bildirdik ki, son hadisələrlə əlaqədar onların müqaviləsinə baxılacaq. Oyunçu özünü yaxşı tərəfdən göstərənə qədər də əvəzedici heyətə göndəriləcək. Maaşının filan qədər olacağını və razılaşmayacağı təqdirdə, transferə çıxarılacağını bildirdik. Onlar razılaşdılar. Hətta qardaşının bizim belə bir şərait yaratdığımız üçün təşəkkür SMS-i də var məndə. Bununla həm də mən üzərimə böyük bir məsuliyyət götürmüş olurdum. Çünki o, açıqlamaları ilə baş məşqçimizi küsdürdü, AFFA-nın imicinə zərbə vurdu.

O, bura qayıtdı, əvəzedici komandada məşqə çıxdı, oynadı. Sonra yenidən açıqlama verdi ki, əvəzedici komandada çox vaxt keçirmək istəmir, bu şərtlər onu qane etmir. Halbuki, buna özü razılaşmışdı. Bu, artıq dördüncü dəfə idi ki, o, bizimlə belə hərəkət edirdi. Biz baş verənləri sülh yolu ilə həll etmək istəyirdik. Hətta onun qardaşına dedim ki, bu vaxta qədər 25 min istəyirdiksə, artıq 10 min istəyirik. Yəni sadəcə, onu transfer edərkən xərclədiyimiz məbləği istəyirdik. Ayın 22-də özləri də bildirdilər ki, həmin pulu ödəyəcəklər, sadəcə, onlara vaxt lazımdır. Həmin məbləği ödəyəcəkləri təqdirdə transfer vərəqəsini verəcəkdik. Həmin gün axşam mən Antalyaya gəldim. Səhəri gün isə o, yenidən mətbuata açıqlama verdi ki, bəs AFFA-ya şikayət edir, klubla FİFA müqaviləsi var, həmin məbləğə oynamaq istəmir və s.

Mən elan etmək istəyirəm: Biz onun getdiyi ilk gündən AFFA-ya müraciət etmişik. Sadəcə, AFFA-nın hüquqşünaslarından xahiş etmişik ki, biz hələlik, məsələni sülh yolu ilə yoluna qoymağa çalışırıq və bu üzdən heç bir qərar qəbul etməyin. Hər şey qanunidir. Fikrimcə, futbolçunu çox sərt cəzalar gözləyir. Biz ilk növbədə özümüzə qarşı bu cür münasibətə dözə bilmərik. Məsələnin sülh yolu ilə həll olunması üçün əlimizdən gələni etmişik. Amma o, həm bizi, həm AFFA-nı, həm də yığmanın baş məşqçisini təhqir edir. Şübhəsiz ki, burada mən yalnız özümə və klubumuza cavabdehəm. Artıq öz etirazımızı bildirmişik. Fikrimcə, futbolçunu gələcək kayerasında da ciddi problemlər gözləyir. "Sumqayıt"da oynamayacağı isə dəqiqdir.

Hazırda heç yerdə də oynaya bilməz. Transfer pəncərəsi açılana qədər fərdi qaydada məşq etməlidir ki, formada qalsın. Əgər transfer vərəqəsini almaq istəyirlərsə, buyurub müraciət edə bilərlər. Qardaşına da, özünə də məsləhət görürəm ki, əgər hər şeyin yaxşı olmasını, transfer vərəqəsini əldə etmək istəyirlərsə, o zaman mətbuat vasitəsilə klubun baş məşqçisindən, AFFA-dan üzr istəsinlər".

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah