Bakının sabiq çalışdırıcısı Xetafeyə baş məşqçi təyin oluna bilər
27 fevral 2015 14:45
"Bakı"nın sabiq baş məşqçisi Milinko Pantiç İspaniya La Liqasında çıxış edən "Xetafe"ni çalışdıra bilər. Azerisport.az xəbər verir ki, bu barədə İspaniya mətbuat məlumat yayıb.
Məlumatda bildirilir ki, Kike Sançes Floresin istefasından sonra klub rəhbərliyinin onun yerinə gətirmək istədiyi namizədlər arasında serbiyalı mütəxəssisin də adı var. Özü də Pantiç ən real namizədlərdən biri kimi qiymətləndirilir.
Qeyd edək ki, Pantiç "Bakı"nı yayda tərk etmişdi.