Cavadov Bolusporda növbəti matçını keçirdi
28 fevral 2015 00:25
Türkiyə PTT 1-ci liqasında 22-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovun komandası - "Boluspor" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Bucaspor"la qarşılaşıb. Oyun 2:2 hesabıyla başa çatıb. Cavadov matçın 86-cı dəqiqəsində meydana çıxıb.
Öncədən bu qarşılaşmanın Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki tərəfindən izləniləcəyi də bildirilirdi.
Qeyd edək ki, "Boluspor" hazırda 27 xalla 9-cu pillədə qərarlaşıb.