"Azərbaycanla oyunlardan razı qaldım"
28 fevral 2015 12:00
İrlandiyanın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Pol Dublin Azərbaycanın U-19 millisinə qarşı keçirdikləri yoxlama matçını şərh edib. Azerisport.az xəbər verir ki, o, ilk oyunda 6, ikinci görüşdə 2 cavabsız qolla qalib gəlmələrinə dair bunları söyləyib:
"Bu, yaxşı bir həftə idi. Hər iki oyundan razı qaldım. Azərbaycanla iki oyunda 8 qol vurduq. Seçmə mərhələdə vurduğumuz qollaır da nəzərə alsaq, bunların sayı 20-yə çatır. Formalaşmış əla heyətimiz var. Azərbaycanla oyunlardan sonra AÇ-nin elit mərhələsinə inamlı şəkildə yollanacağıq".