Qəbələ Qarabağla oyun öncəsi daha bir itki ilə üzləşdi
28 fevral 2015 15:00
"Qəbələ" Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində qarşılaşacağı "Qarabağ"la səfər oyununda daha bir futbolçusunun xidmətindən yararlana bilməyəcək. Azerisport.az xəbər verir ki, bu, yarımmüdafiəçi Cavid Hüseynovdur.
Yığmamızın Türkiyədə Ukrayna "Şaxtyor"una qarşı yoxlama oyununda sıradan çıxan futbolçu komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Rəşad Sadiqovla Ruslan Əmircanov da zədə səbəbindən "Qarabağ"la oyunu buraxacaq.