Nazarov oynadı, komandası 1 xal qazandı
28 fevral 2015 18:50
Almaniya ikinci Bundesliqasında 23-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Nürnberq"lə qarşılaşıb. Oyun 1:1 hesabıyla başa çatıb. Nazarov matçın 88-ci dəqiqəsində meydana buraxılıb.
Qeyd edək ki, "Karlsrue" hazırda 39 xalla 4-cü pillədə qərarlaşıb.