Muarem Muarem: Qəbələ ilə oyunumuz alınmadı
1 mart 2015 00:25
"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muarem Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Qəbələ"yə uduzduqları oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Birinci hissədə bizim oyunumuz alınmadı. "Qəbələ" ilə oyunlarımız həmişə çətin olur. Ələ düşən şanslardan yararlanmağa borclu idik. Amma bunu bacarmadıq".
Muarem komandanın yeni transferi Daniel Kintana barədə də fikirlərini açıqlayıb: "Onun barədə xüsusi heç nə bilmirəm. Bircə onu bilirəm ki, bu gün Bakıya gəlib".