Ağayev izlədi, komandası xal itirdi
1 mart 2015 01:05
Türkiyə PTT 1-ci Liqasında 22-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığma komandasının qapıçısı Kamran Ağayevin klubu - "Kayserispor" da növbəti oyununa çıxıb.
Sözügedən komanda doğma meydanda "Adana Dəmirspor"la üz-üzə gəlib. Qarşılaşma 3:3 hesabıyla başa çatıb. Ağayev isə matçı ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Kayserispor" 44 xalla 1-ci yerdə qərarlaşıb.