Yığmamız Maltanı məğlub yola saldı
Azərbaycan yığması bu gün AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb. Azerisport.az xəbər verir ki, bu ilin ilk ciddi sınağında komandamız Maltanı qəbul edib.
Bu görüş yığmamızın yeni baş məşqçisi Robert Prosineçkinin ilk rəsmi oyunu idi. Bu üzdən də xorvatiyalı mütəxəssis debüt matçında uğur qazanmaq iiddiasındaydı. Əvvəlki 4 oyunun hamısında məğlub olmuş komandamız doğma meydan amilindən yararlanıb həm ilk 3 xalını qazandı, həm də yeni baş məşqçi ilə uğurlu starta nail oldu. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun hər hissəsində bir qol vuran millimiz uğursuz gedişata son qoymağı bacardı.
AÇ-2016-nın seçmə mərhələsi
H qrupu
28 mart
Azərbaycan - Malta - 2:0 (1:0)
Qollar: C.Hüseynov, 4 (1:0). D.Nazarov, 90+2 (2:0).
Sarı vərəqə: R.Əmirquliyev, 56. D.Nazarov, 80. C.Karuana, 89.
Hakimlər: Halis Özkahya, Cem Satman, Əkrəm Kan, Kamal Yılmaz.
Əlavə hakim köməkçiləri: Mete Kalkavan, Tolqa Özkalfa. (Hamısı Türkiyə).
Hakim-inspektor: Covanni Bolognino (İtaliya).
UEFA nümayəndəsi: Darius Pavel Dziekanovski (Polşa).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (k), 16. Cavid Hüseynov, 19. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov (13. Dmitri Nazarov, 70), 17. Vüqar Nadirov (8. Eddi İsrafilov, 81), 20. Namiq Ələsgərov (11. Ruslan Qurbanov, 22).
Ehtiyat oyunçular: 23. Andrey Popoviç, 12. Emil Balayev, 3. Məhəmməd Mirzəbəyov, 4. Mahir Şükürov, 15. Ruslan Abışov, 10. Elvin Məmmədov, 18. Coşqun Diniyev, 7. Vaqif Cavadov, 9. Məhəmməd Qurbanov.
Baş məşqçi: Robert Prosineçki.
Malta: 1. Endryu Hoqq, 2. Conatan Karuana, 3. Stiv Betsina (20. Stefan Pizani, 46), 4. Stiv Borq, 5. Andre Aqius, 17. Rayan Kamilyeri (22. Zak Muskat, 36), 8. Roderik Briffa (k), 11. Rouen Muskat, 16. Pol Fenex, 13. Andre Şembri (6. Rayan Fenex, 81), 19. Alfred Effionq.
Ehtiyat oyunçular: 23. Henri Bonello, 12. Yustin Haber, 15. Yurgen Pizani, 7. Mark Şkerri, 14. Konor Borq, 18. Byorn Kristensen, 21. Rayan Kamensuli, 9. Jan-Pol Farruca, 10. Endryu Kohen.
Baş məşqçi: Pyetro Qedin.