Mats Meller-Deli: İyunda Azərbaycana qalib gələcəyik
29 mart 2015 13:45
Norveç yığmasının yarımmüdafiəçisi Mats Meller-Deli AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiyaya 1:5 hesablı məğlubiyyəti şərh edərkən, millimizə qarşı keçirəcəkləri növbəti görüşdən də söz açıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"İyunda keçiriləcək Azərbaycanla oyunda qələbə qazaancağıq. Belə olan halda hesabımızda 12 xal olacaq və bu, bizə qrupdan çıxmaq üçün mübarizə aparmaq şansı yaradacaq. Öz üzərimizdə çalışmağa davam edəcəyik. Gənc komandayıq, görüləsi işlər çoxdur".