Prosineçki: Yeganə hal olacaq ki, ölkəmin yığmasının məğlubiyyətinə ümid edəcəyəm
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki millimizlə eyni qrupda yer alan öz ölkəsinin komandası - Xorvatiya seçməsi barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, ölkəsindən olan jurnalistlərə açıqlamasında bunları söyləyib:
"Xorvatiya yığmasının indiki heyəti bizim DÇ-1998-dəki uğurumuzu təkrarlamağa tamamilə qadirdir. Modriç, Mandjukiç, Kovaçiç, Brozoviç çox istedadlı uşaqlardır. Avropanın top-klublarında çıxış edirlər. Komandamız seçmə mərhələdə də uğurla çıxış edir. Ümid edirəm ki, yığmamız Avropa çempionu adını qazana biləcək".
Prosineçki Xorvatiyanın Azərbaycanla Bakıda baş tutacaq oyunundan da söhbət açıb: "Əlbəttə, sentyabrın 3-də Xorvatiyaya qarşı oynamaq mənim üçün xüsusi əhəmiyyət kəsb edəcək. Bu, yeganə hal olacaq ki, mən ölkəmin komandasının məğlubiyyətinə ümid edəcəyəm. Gözəl başa düşürük ki, belə bir rəqibə qarşı oynamaq çətin olacaq. Amma onlarla rəqabət apara biləcək gücdəyik".