Qarabağ - İnter oyunu təxirə salındı
29 mart 2015 15:30
Topaz Premyer Liqasının 27-ci turunun "Qarabağ" - "İnter" oyunu təxirə salınıb. Azerisport.az xəbər verir ki, qarşılaşma aprelin 1-də baş tutmalıydı.
Amma tərəflər arasındakı razılığa əsasən, oyun ayın 1-dən 2-nə keçirilib. Buna səbəb Ağdam klubunun ev oyununu "Bakcell Arena"da keçirməsi, həmin arenada "Neftçi"nin də eyni gündə "Bakı"nı qəbul etməsidir.
Qeyd edək ki, turun mərkəzi oyununun günü dəyişdirilsə də, başlama saatı olduğu kimi qalıb - 18:00.