Andrey Aqius: Azərbaycana məğlubiyyətlə barışmaq çətindir
29 mart 2015 18:45
Malta yığmasının müdafiəçisi Andrey Aqius AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirilmiş oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, Bakıdakı 0:2 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
"Belə məğlubiyyətlərlə barışmaq həmişə ağır olur. Amma bu, futboldur və hər şeyə hazır olmaq lazımdır. Buraxdığın hər bir səhvə görə dərhal cəzalandırılırsan. Artıq Maltaya qayıtmaq vaxtıdır".