Qarabağın yığmanın oyununda zədələnən futbolçusunu AFFA müalicə etdirəcək
29 mart 2015 19:00
Xəbər verdiyimiz kimi, Azərbaycan yığmasının ötən axşam AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Maltaya qarşı oyununda "Qarabağ"ın yarımmüdafiəçisi Namiq Ələsgərov dizindən zədə alıb. Azerisport.az xəbər verir ki, zədəsi ciddi olan futbolçu yarım il yaşıl meydanlardan kənarda qalacaq.
Gənc yarımmüdafiəçinin bütün müalicə xərclərini isə AFFA öz üzərinə götürüb. Belə ki, onun həm əməliyyatı, həm də bərpa dövründəki bütün xərclərini federasiya ödəyəcək.