Aslan Kərimov: Yığmamızın oyununda təəccübləndirici heç nə görmədim
30 mart 2015 00:05
Azərbaycanın veteran futbolçusu Aslan Kərimov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Maltaya qarşı keçirilmiş oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu oyunda taktiki baxımdan yığmamızın ifasında təəccübləndirici heç nə görmədim. Futbolçularımızın nəyə qadir olduğunu bilirəm. Ona görə də qələbə qazanacağımızı gözləyirdim. Tamamilə layiqli qələbə qazandıq. Millimizin Maltadan güclü olduğu heç kimə sirr deyil. Bizə yalnız psixoloji amillər mane ola bilərdi. Hansı ki, bu oyun öncəsi heç də bizim xeyrimizə deyildi. Bu da seçmə mərhələdəki ardıcıl məğlubiyyətlərdən irəli gəlirdi. Amma futbolçularımız bu problemin öhdəsindən gələ bildilər".