Qriqorçuk: Prosineçki ilə razıyam, Cavid doğrudan da yaxşı təsir bağışladı
30 mart 2015 00:35
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutmuş Azərbaycan - Malta oyunu ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.a saytına açıqlamasında o, bunları söyləyib:
"Əsas odur ki, qələbə və üç xal var. Yığma elə bir şeydir ki, qələbə qazanmaq həmişə lazımdır. Çünki bu, bütün ölkə üçün bir pristijdir. Fikrimcə, Azərbaycan yığması meydanda öz istədiyini əks etdirə bildi. Robert Prosineçki ilə razıyam - Cavid Hüseynov doğrudan da yaxşı təsir bağışladı. Amma heyətdə təriflənəsi başqa futbolçular da var idi".